UEFA "Qarabağ"la oyuna görə "Nant"ı cəzalandırıb

16.11.2022 12:30 401
Avropa Liqası
UEFA Fransanın "Nant" klubunu cəzalandırıb.

"Football-plus.az" xəbər verir ki, buna səbəb Fransa təmsilçisinin Avropa Liqasında "Qarabağ"la ev və "Olimpiakos"la səfər oyunlarında azarkeşlərinin priotexniki vasitələrdən istifadə etməsidi.

"Nant" turnirdə növbəti ev oyununda tribunaların bir qisminini bağlacayacaq. Liqa 1 təmsilçisi bununla yanaşı, 30 min avro məbləğində də cərimələnib.

Fransa klubu Avroliqanın pley-off mərhələsində 2023-cü ilin fevralın 23-də "Yuventus"u qəbul edəcək.

"Nant" "Qarabağ"ı ev oyununda 2:1 hesabıyla məğlub edib.