“Nant” heyətinə iki oyunçu cəlb edib.
Football-plus.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Floran Molle Fransa klubuna 1,5 milyon avroya başa gəlib. “Paris”in 19 yaşlı müdafiəçisi Jauen Hacama görə isə 300 min avro xərclənib.
Fabio isə “Nant”dan ayrılıb. 32 yaşlı futbolçu “Qremio” ilə müddəti 2024-cü ilin sonuna qədər nəzərdə tutulan müqavilə bağlayıb.