UFC çempionu Camal Hilli rinqə çağırdı

26.01.2023 15:12 233
İdman
Aleks Pereyra yüngül çəkidə titul sahibi olan Camal Hillə meydan oxuyub.

Football-plus.az xəbər verir ki, braziliyalı döyüşçü amerikalı çempionla qarşılaşmaq istədiyini elan edib.

UFC çempionu Hillin rəqibi Ciri Proçazkanın zədəli olduğunu bildirirək onu rinqə çağırıb.

Qeyd edək ki, amerikalı həftə sonu Qlover Tekseranı məğlub edərək yüngül-ağır çəkidə çempion olub.