Holann premyer-liqada het-trik sayına görə Kriştiano Ronaldonu arxada qoydu.
Football-plus.az xəbər verir ki, 22 yaşlı norveçli 19 oyunda 4 dəfə het-trik edibsə, portuqaliyalının hesabında 3 het-trik var.
Holann het-trik sayında Salaha çatdı. Bu göstəricidə rekordçu isə Serxio Aquerodu (12).
Bundan əlavə, Holann qapıya 74 zərbə vurmaqla premyer-liqada 25 qol həddinə çatdı. MS tarixinin bombardiri Aquero isə bu qədər qol vurmaq üçün 150 zərbə endirməli olmuşdu.