"Kəpəz" - "Qəbələ" matçında xüsusi qonaq

24.01.2023 14:18 313
Premyer-liqa / Manşet
Misli premyer-liqasının 19-cu turunda "Kəpəz" "Qəbələ"ni qəbul edir.

Football-plus.az xəbər verir ki, görüşü izləyənlər arasında AFFA-nın baş katibi Sərxan Hacıyev də yer alıb. Federasiya rəsmisi Gəncədə akademiyanın binasında görülən işlərlə tanış olacaq.

Sərxan Hacıyev sabah Tovuza səfər edəcək. O, "Turan Tovuz" - "Qarabağ" matçını yerindən izləyəcək.