Misli premyer-liqasının 12-ci turunda "Kəpəz" - "Səbail"i qəbul edir.
Football-plus.az xəbər verir ki, Gəncədə keçirilən oyuna maraq olduqca böyükdü. Qarşılaşmanı adı çəkilən şəhərdən olan bir çox dövlət rəsmiləri izləyir. Gəncə şəhər icra Hakimiyyətinin başçısı Niyazi Bayramov da tribunada yer alıb. Şəhər rəhbəri ikinci hissədə azarkeşlərin arasında əyləşdi.
Qeyd edək ki, matçın 40-cı dəqiqəsi oynanılır və "Kəpəz" 1:0 hesabı ilə "Səbail"i məğlub edir.
RƏŞAD, Gəncə
"Kəpəz" - "Səbail" matçında xüsusi qonaq
Premyer-liqa / Manşet





