Azərbaycanlı hakim Konfrans Liqasının oyununda

22.06.2022 20:50 557
Avrokuboklar
Azərbaycanın FİFA referisi Rauf Cabbarov UEFA-dan növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, məlumatı qurumun rəsmi saytı yayıb. FIFA referisi Konfrans Liqasının 1-ci təsniat mərhələsinin "Bortats" ( Bosniya və Herseqovina) - "B-36 Torşavn" (Farer adaları) ilk oyununun baş hakimi olacaq. Cabbarova Namiq Hüseynov və Cavanşir Yusifov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 7-i keçiriləcək sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.