"Şamaxı" və "Qarabağ" rəhbərliyi arasında Antalyada danışıqlar baş tutmalıydı.
Belə ki, "şirlər" Ağdam təmsilçisinin futbolçusu İsmayıl İbrahimlini heyətinə qatmaq üçün müzakirələr aparacaqdı. Bunun üçün isə bölgə komandasının baş meneceri Kamran İsmayılov Antalyaya yollanmışdı. Klubların vətənə döndüyünü nəzərə alsaq, belə başa düşmək olar ki, "Şamaxı" ilə "Qarabağ" arasındakı danışıqlar müsbət nəticə verməyib. Maraqlıdı, iki klub arasındakı müzakirələr niyə nəticəsiz qalıb? Ümumiyyətlə, bu proses baş tutub? Bu suallara cavab tapmaq üçün "Şamaxı"nın baş meneceri Kamran İsmayılovla əlaqə saxladıq. Onun "Football-plus.az" saytına açıqlaması belə oldu: