Düzdü, gah isti, gah da yağış turnirin təqviminə ciddi şəkildə “əl gəzdirir”. Məsələn, yanvarın 17-18-də bu səbəblər üzündən onlarla oyunun vaxtı dəyişdirildi. Amma Melburn turnirində bundan da ciddi problem var. Söhbət Rusiyanın 20 təmsilçisinin neytral statusla qatılmasının doğurduğu fəsadlardan gedir. İş o yerə gəlib çatıb ki, Avstraliya Tennis Federasiyası azarkeşlərə Rusiya və Belarus bayraqlarını arenaya gətirməyi qadağan edib. Buna isə ukraynzalı azarkeşlərin şikayəti səbəb olub. Qurumun yaydığı bəyanatda deyilir:
“Əvvəlcədən siyasətimiz belə idi ki, fanatlar Rusiya və Belarus bayraqları gətirə bilər, ancaq onlara bayraqları yelləmək və başqalarına problem yaratmaq qadağan olunmuşdu. Ancaq bu gündən Rusiya və Belarus bayraqlarının “Australian Open”də görünməsi tam qadağandı”.
Məsələ ondadı ki, 1/64 finalda rusiyalı Kamilə Rəhimova ilə ukraynalı Yekaterina Bayndl qarşılaşıb. Bayndlın qalib gəldiyi görüşün gedişində ukraynalı azarkeşlər 14 dəfə polisi və təhlükəsizlik xidmətini tribunada qaldırılan Rusiya bayrağına görə çağırıb.



