• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Milan” niyə tələyə düşüb?

Dünya futbolu

20-01-2023, 22:0

Ötən il mayın 22-si “Milan” azarkeşləri üçün böyük sevinclə əlamətdar oldu: zarafat deyil, İtaliyanın ən titullu ikinci komandası 11 ildən sonra ölkə çempionluğunu bayram edirdi!

Bu hadisədən təxminən 8 ay ötəndən sonra “qırmızı-qaralar”ın düşdüyü vəziyyət heç də ürəkaçan sayıla bilməz. Yox, “Milan”ın indiki durumu heç də faciəvi deyil, amma hər halda, bir qədər narahatlıq doğurur.

Çempion mövqelərini artıq əldən verib
Stefano Pyolinin komandası Qətərdə ötən ilin son aylarında keçirilən dünya çempionatı ərəfəsində qənaətbəxş görünürdü. Çempionlar Liqasında son 8 ildə ilk dəfə 1/8 finala vəsiqə qazanan “Milan” A seriyasında fasiləyə 2-ci yerdə yollanmışdı. Doğrudu, noyabrın 13-nə olan vəziyyətə görə, son çempion lider “Napoli”dən 8 xal geri qalırdı. Bu isə kiçik fərq sayıla bilməzdi.

Mundiala görə qaçılmaz olan fasilədən sonra milanlıların işləri axsamağa başlayıb. Yanvarın 4-də səfərdə “Salernitana”dan çətinliklə 3 xal qoparan (2:1) Pyolinin komandası çempionatdakı növbəti iki matçda yalnız 2 xal qazana bilib. Yanvarın 8-də “Roma” ilə ev oyununun gedişində iki topluq üstünlük yaxalayan “Milan”ın oyunçuları qələbənin ciblərində olduğunu erkən düşünməyə başladılar. Joze Mourinyonun komandası rəqibin konsentrasiya itkisindən məharətlə yararlanaraq hər iki qolun cavabını verdi. “Leççe” ilə növbəti oyun da 2:2 hesabıyla nəticələndi. Başqa sözlə, son iki matçda 4 xal itirilib. “Milan”ın Leççedə ilk hissədə iki cavabsız top buraxması bir qədər gözlənilməz oldu. Müdafiə xəttinin bərbad oyunu meydan sahiblərinin işinə çox yaradı. Pyolinin komandası fasilədən sonra özünə gələrək məğlubiyyətdən qaça bildi. Çempion cədvəldə yenə 2-ci yerdədi. Amma indi lider “Napoli”dən 9 xal geri qalır.

Lombardiyalılar bu arada daha bir zərbə alıblar: artıq İtaliya kubokunda mübarizəni dayandırıblar. “Torino” ilə ev oyunu rəqibin minimalhesablı qələbəsi ilə nəticələnib. Halbuki qonaq komanda 50 dəqiqədən çox müddətdə on nəfərlə mübarizə aparıb. Bu yerdə bunu da qeyd etməyin yeri var. Neqativ tendensiya hələ mövsüm başlamamış diqqətdən yayınmamışdı: “Milan” mövsümə hazırlıq prosesində keçirdiyi hər üç oyunda məğlub olmuşdu...

Zədəlilər ümumilikdə 148 oyun buraxıblar
Ortaya təbii bir sual çıxır: çempion daxili yarışlarda mövqelərini niyə bu qədər əldən verib? Ağla gələn ilk təbii cavab da hazırdı: “Milan”ın əsas dərdi zədə amili ilə bağlıdı. Bu mövsüm sıradan çıxanların sayı həddən artıqdı. Say o qədər böyükdü ki, İtaliya çempionatında oyunçuları zədəyə görə buraxdığı oyunların kəmiyyət göstəricisi heç bir komanda ilə müqayisə oluna bilməz. “Milan”ın futbolçuları bu mövsüm zədə səbəbindən ümumilikdə 148 oyun buraxıblar. Maraq üçün A seriyası təmsilçilərindən bu planda 2-ci yerdə olan “Yuventus”un göstəricisinin 116 olduğunu da bildirək. Fərq çox böyükdü, deyilmi?

Bu vəziyyətdə ən qorxulu fakt milanlıların zədə sindromundan mövsümün lap əvvəlindən əziyyət çəkmələridi. Mövsüm ərəfəsində çempionun əsas heyəti belə görünürdü: Menyan – Ernandes, Tomori, Kyaer, Kalabriya – Bennaser, Tonali – Leao, Dias, Salemakers – Jiru. Amma fakt budu ki, bu “11-lik” hələ bir dəfə də ilk dəqiqələrdən meydanda olmayıb!

Mayk Menyanın zədəsi, ümumiyyətlə, ayrıca toxunulası problemdi. Post-şota (qapıçının komandanı nə dərəcədə uğurla daşıdığını göstərən ölçü vahidi) nəzər salsaq, fransız əlcək sahibinin göstəricisi +0,2 PSxG-yə bərabərdi. Mayk A seriyasında 7 oyunda meydana çıxıb. O, zədələnəndən sonra əsas heyətdə oynamaq şansı qazanan Çiprian Teteruşanu çempionatın 11 matçında iştirak edib. Rumıniyalının göstəricisi -1,7 PSxG-yə bərabərdi. Sadə dillə ifadə etsək, bu göstərici komandanın hər oyuna orta hesabla təxminən 2 top buraxması deməkdi.

Yeni gələnlər fayda verə bilmirlər
“Milan”ın ikinci dərdi yayda komandaya qoşulanların hələ fayda verə bilməmələridi. Halbuki Serjinyo Dest, Malik Tiav, Aster Vranks, Yasin Adli, Divok Orici və Şarl De Ketelareyə az-çox ümid bəslənirdi. Amma onların heç biri, heç olmasa, yaxşı futbol sərgiləyə bilmir. Zədə problemi yeni gələnlərin azı normal oyunu sayəsində böyük ölçüdə hiss olunmaya bilərdi. Lakin yay transferləri hələ ki ümidləri doğrultmur. 6 yeni futbolçu komandaya uyğunlaşmaqda çətinlik yaşayır. Pyoli onlara mövsümün arxada qalan hissəsində az-çox şans verib. Bu imkan əsasən komandanın oyununa uyğunlaşma ilə bağlı olub. Ancaq yenilərin böyük əksəriyyəti şanslardan “Milan”a hansısa sahədə fayda vermək üçün yararlana bilməyib.

İndi hansısa aparıcı futbolçunun yerinə məcburiyyətdən oynayan dublyorlarla bağlı bədbin statistikanı göz önünə gətirməyin mənası yoxdu. Amma bu planda yalnız bir neçə misal göstərmək vəziyyətin nə dərəcədə pis olduğunu anlamaq üçün kifayət edər. Əsas müdafiəçilərdən Davide Kalabriya çempionatın ilk 18 turundan yalnız 10-da iştirak edə bilib. Onun yoxluğunu daha çox Dest hiss etdirməməyə çalışıb. Bəli, məhz çalışıb, amma... Müdafiənin mərkəzində hərdən Tiav, dayaq yarımmüdafiəçisi mövqeyində Adli oynayıb. Onların hər biri meydandakı “fəaliyyəti” ilə yalnız ümidləri puç edblər.

Belçika dueti De Ketelare ilə Oricinin çıxışı ayrıca qeyd edilməlidi. “Brügge”nin 21 yaşlı sabiq yarımmüdafiəçisi əvvəlki oyununu heç cür “Milan”da nümayiş etdirə bilmir. “Liverpul”dan gələn Orici isə zədədən və optimal formaya düşə bilməməkdən əziyyət çəkir. Halbuki o, komandaya Olivye Jirunun əsas əvəzləyicisi kimi gətirilmişdi. Zlatan İbrahimoviçin mövsümün ilk dövrəsində oynaya bilməyəcəyini nəzərə alsaq, fransalı hücumçu istirahət etmədən top qovmağa məcburdu. Jirunun vəziyyətini ağırlaşdıran digər amil Fransa yığmasının dünya çempionatında finala qədər irəliləməsidi.

Yeni oyunçu almaq mümkün olmasa da...
Bütün bunları nəzərə alarkən “Milan”ın sanki tələyə düşdüyünü görürsən. Bu vəziyyətdən tezliklə çıxacağına isə ümid azdı. Zədəlilərin fonunda yanvarda heyətə əl gəzdirmək imkanı da yoxdu. Bu isə İtaliya çempionunun A seriyası və ÇL-də əlində olanlarla yola davam etməyə vadar edir. Bu ay yeni oyunçu almaq niyə mümkün və ya məsləhət deyil? Ona görə ki, onsuz da heyətdə futbolçu çoxdu, müqavilələrin yenilənməsindən (Jiru və Leao ilə yeni sözləşmənin imzalanması gözlənilir) sonra məvacib ödənişi cədvəlindəki ümumi məbləğ istənilən halda artacaq. Bu məqamda isə UEFA “maliyyə feyr-pleyi” qaydasının pozulmasına görə klubun qapısını döyəcək. Pyoliyə lazım olmayan hansısa oyunçunu satmaq çox çətin olacaq. Yerli KİV-də yayılan yeganə şayiə Tyemua Bakayoko ilə bağlıdı. Bu mövsüm meydana çıxmayan fransalı yarımmüdafiəçi ilə müqavilənin pozulması aktualdı.

Məlum çətinliyə baxmayaraq, “Milan”a artıq yeni futbolçu qoşulub. Devis Vaskesin transferi milanlılara 400 min avroya başa gəlib. Bu təzminat Paraqvayın “Quarani” klubuna ödənilib. 24 yaşlı kolumbiyalı ilə 3,5 illik müqavilə imzalanıb. Devis yeni komandasında “77” nömrəli formanı geyəcək. Onun transferi heç də əsas qapıçı Meynyanın zədələnməsi ilə bağlı deyil. Rəsmi məlumatda İtaliya klubunun Vaskesi hələ bir neçə ay əvvəl almaq istədiyi bildirilir. Bu hələ harasıdı: şayiələrə inansaq, yanvarda “Milan”a daha bir qapıçı gələ bilər. Görünür, Menyanın uzun müddətə sıradan çıxması “çərçivə”də xaotik vəziyyət yaradıb...

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

19-04-2022, 15:0

“Milan” A seriyasında öz rekorduna doğru gedir

Dünya futbolu

1-11-2022, 18:0

“Milan”ın 15 oyunluq seriyası qırıldı

Dünya futbolu

26-10-2022, 13:0

“Milan” 17 ildən sonra…

Aktual
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
“Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
“Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
“Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
Son xəbərlər
  • Bu gün, 21:58
    “Həmin qərarların futbolçulara psixoloji təsiri var idi, danmıram” – Yunis Hüseynov
  • Bu gün, 21:20
    Mövsümün ilk uğursuzu oldular
  • Bu gün, 20:59
    "Zirə" finala yüksəldi - YENİLƏNİB
  • Bu gün, 20:38
    “Atletiko”nun oyunçusu nə vaxt qayıdacaq?
  • Bu gün, 20:07
    Fransa klubunda ağır itki
  • Bu gün, 19:31
    İraolanın xələfinin kimliyi müəyyənləşdi
  • Bu gün, 19:00
    Messi fırıldaqçıdı?
  • Bu gün, 18:51
    “Zirə” - “Turan Tovuz”: START HEYƏTLƏRİ
  • Bu gün, 18:30
    Yayda “Çelsi”ni tərk edəcək
  • Bu gün, 18:06
    “Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
  • Bu gün, 17:35
    De Laurentisdən yeni qeyri-adi təkliflər
  • Bu gün, 17:04
    Təyyarədə uçursan, pulunu ver də!
  • Bu gün, 16:33
    “Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
  • Bu gün, 16:02
    Döyüşçülər milyon dollar bonus alacaq
  • Bu gün, 15:31
    Millimizin heyətindən çıxarıldı
  • Bu gün, 15:08
    İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
  • Bu gün, 14:47
    Sinner axır ki zirvəni ələ keçirdi
  • Bu gün, 14:27
    Koronavirusun Cavohirə xeyri dəyib
  • Bu gün, 14:06
    Oveçkin gedir, yoxsa qalır?
  • Bu gün, 13:49
    PSJ-də bonus sistemi yeniləndi
  • Bu gün, 13:28
    Mövsümü xilas etməyin yeganə yolu... – bütün hakimlər "həbs olunmalıdı"!
  • Bu gün, 13:07
    70-ci dəfə həftənin ən yaxşısı sayıldı
  • Bu gün, 12:56
    AFFA-dan "Neftçi"yə cəza yağdı - 26 min 200 manat!
  • Bu gün, 12:25
    “DH Volley” yüksək liqada gümüş medal qazandı - VİDEO
  • Bu gün, 11:54
    Boksçumuz qələbə qazandı - Dünya Kuboku
  • Bu gün, 11:23
    “Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
  • Bu gün, 10:52
    Premyer-liqada yerli bombardir qıtlığı: penalti olmasa, Eminlə Toral da olmazdı!
  • Bu gün, 10:31
    “Çempionşip, biz gəlirik!” - De Zerbi də “Tottenhem”ə qələbə qazandıra bilmədi
  • Bu gün, 10:00
    Daha beş güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Bu gün, 00:00
    “Kosovo ilə oyunda topun “çərçivə”yə getmədiyinə əmin idim” – Kərəm Aktürkoğlu
  • Dünən, 23:45
    Çempionlar Liqasında hamını arxada qoydu
  • Dünən, 22:55
    Ferstappen mövsümün sonuna qədər “Red Bull”dan getməyəcək
  • Dünən, 22:26
    Cokoviç Olimpiadadan sonra karyerasını bitirmək istəyir
  • Dünən, 21:55
    Maradonanın ölümünə görə yeni proses başladı
  • Dünən, 21:34
    “Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
Daha çox
Oxunub: 564
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 269
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 264
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 241
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 184
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə