• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şahin Diniyevi Antalyada kim məyus edib? - MÜSAHİBƏ

Premyer-liqa / Manşet / Müsahibə

20-01-2023, 19:0

Antalyadakı təlim-məşq toplanışını başa vuran “Səbail” iki gün öncə vətənə dönüb. Komanda bu müddət ərzində üç yoxlama oyununda da gücünü sınadı.

Polşa təmsilçisi “Legiya” ilə matçda bərabərlik qeydə alındı - 2:2. Çexiya “Bohemians 1905”i ilə qarşılaşmada qalib müəyyənləşmədisə (0:0), son sınaqda Serbiya “Spartak”ı “dənizçilər”i 1:0 hesabıyla məğlub etdi. Onu da qeyd edək ki, “Səbail” premyer-liqanın ilk yarısını 10 xalla sonuncu pillədə başa vurub. Baş məşqçi Şahin Diniyev təlim-məşq toplanışı ərəfəsində heyətdə dəyişiklik etdi. Bir neçə futbolçu komandadan göndərilsə də, gələnlər də oldu. Bunlardan birincisi “Şamaxı”da icarədə olan Adil Nağıyev idi. Futbolçu mövsümün ikinci yarısında müqavilə ilə məxsus olduğu klubun formasını geyəcək. Son günlərdə isə komanda daha bir futbolçunu – hücumçu David Qomisi “rənglərinə bağladı”. Onunla birillik müqavilə bağlanıb.

Maraqlıdı, Şahin Diniyevin komandaya gəlişi nəyi dəyişdi? “Səbail” çempionatın ikinci hissəsində düşdüyü böhrandan çıxa biləcəkmi? Bu və digər suallar ətrafında dünən onunla söhbətləşdik.

- Öncə təlim-məşq toplanışını dəyərləndirməyinizi istərdik. Komandadan, hazırlıq prosesindən razı qaldız?
- Ümumiyyətlə, təlim-məşq toplanışı çox yaxşı şəraitdə baş tutdu. Bundan səmərəli istifadə edə bildik. Düşünürəm ki, 14 gün davam edən hazırlıq zamanı tam istədiyimiz olmasa da, buna yaxın nəticəni əldə edə bildik. İlk növbədə qarşımıza iki məqsəd qoymuşduq. Öncə ab-havanı qaydaya salmalı, psixoloji durumu yaxşılaşdırmalı və özünəinamı artırmalıydıq. İkinci məqsədimiz isə komandanın funksional hazırlığını yüksək səviyyəyə gətirmək idi ki, məncə, bunların hamısına nail olduq. 14 gün ərzində 20 məşq və 3 oyunun keçirilməsi yüklənmənin necə olduğunun bariz göstəricisidi.

- Bu prosesdə futbolçulardan razı qaldız? Tapşırıqlarınıza əməl edə bildilər?
- Bəli, onların hər birinə təşəkkür edirəm. Baxmayaraq ki, yorğunluq, prixoloji və fiziki yüklənmələr var idi. Lakin hər gün oyun olması şərti ilə iki dəfə məşq edirdik. Bayaq dediyim kimi, məqsədlərimizdən biri də fuksional hazırlığın yüksək səviyyəyə çatdırılması idi. Futbolçuların hər biri bunu yüksək səviyyədə etməyə çalışdılar və öhdəsindən layiqincə gəldilər. İlk məşqdən sona qədər həm məşqlərə, həm də oyunlara eyni həvəslə çıxdılar.

- Keçək transferlərə. Komandadan göndərilənlərin əvəzinə, sadəcə, iki futbolçu heyətə cəlb olundu...
- Bura gəldiyim ilk gündən demişdim ki, bu komandanın potensialına inanıram. Mövqelər üzrə çox transfer etmək fikrində deyildim. Düşünürdüm ki, bu heyətlə uğur qazanmaq olar. Hələ də bu fikrimin üstündəyəm. Ona görə ki, qışda transfer etmək çox çətindi. Yaxşı oyunçuların, demək olar ki, hər birinin komandası var. Üstəlik yeni futbolçular cəlb etmək bu baxımdan da problem yarada bilərdi ki, onları komandaya, çempionata uyğunlaşdırmaq üçün vaxt olmayacaqdı. Çünki çempionatın ikinci yarısı tez başlayır, yeni transferləri hazırlamaq üçün, demək olar ki, vaxt çox azdı. Ona görə risk etmək istəmədik. Bilirsiz ki, Adil Nağıyev komandaya dönüb. İkinci transferimiz olan David Qomis isə vingerdi. Onu da bir müddət izlədikdən sonra çətiniklə komandaya cəlb etdik. Səviyyəli çempionatdan, Fransanın ikinci liqa komandasından gəldi. Oyunlarına baxanda da hiss etdim ki, səviyyəsi var. Belə deyək, bir məşqdə və bir oyunda iştirak etdi. 15-20 dəqiqə oynadı və topa ilk toxunuşundan məlum oldu ki, komandanın sisteminə uyğun futbolçudu. Ümid edirəm ki, “Səbail”ə xeyir verəcək. Legioner seçimində istənilən halda yanlışlıqlar olur. Lakin maksimum dərəcədə bunu az etməyə çalışırıq.

- Komandada baş məşqçi dəyişikliyi, yəqin ki, futbolçulara təsirsiz ötüşməyib. Bu problemin necə, öhdəsindən gələ bildiz?
- Futbolçuların psixoloji durumu artıq tam fərqlidi. Bir-birinə inanırlar. Bütün tapşırıqlarımızı meydanda əllərindən gələn qədər yerinə yetirməyə çalışırlar. Bayaq da dediyim kimi, onlardan çox razıyam.

- “Səbail” çempionatda sonuncu pillədə qərarlaşıb. Komandanı bu çətin durumdan çıxarmaq nə dərəcədə realdı?
- Sonuncu yerdə olmağımız reallıqdı. Ancaq biz burdan uzaqlaşmağa çalışacağıq. Düşünürəm ki, komandam buna layiqdi.

- Bir neçə futbolçu təlim-məşq toplanışının gedişində xəstələnmişdi. Hazırda onların durumu necədi?
- Bəli, orda xəstəlik yayılmışdı. Hər gün 2-3 oyunçumuz virusa yoluxurdu. Bizim tibb presonala da təşəkkür edirəm. Həqiqətən də futbolçuların meydana tez dönmələri üçün əllərindən gələni etdilər. Bir zədəli futbolçumuz da var. Pyotr Stasyuk sıradan çıxıb. Təlim-məşq toplanışı çərçivəsində məni məyus edən məsələ ancaq budu. Stasyuk yüksək səviyyəli futbolçudu. Məşqlərdə də özünü yaxşı tərəfdən göstərirdi. Çox heyif ki, sıradan çıxdı. Həkimlərin səyi ilə, inanıram ki, qısa zamanda komandaya qoşulacaq. Dəqiq vaxtı bilmirəm. Bu gündən məşqlərə başlayırıq. Yəqin ki, onda Stasyukun durumu da dəqiq bilinəcək. Xəstəliyə yoluxanlar da yavaş-yavaş özlərinə gəlir. Bu xəstəlik səbəbindən immunitetin azalması futbolçuların səylə məşq etməsinə mane olurdu. Bəzi futbolçulara istirahət, bəzilərinə fərdi tapşırıqlar verirdim. Demək olar ki, bu 14 gün ərzində bir-bir bütün futbolçularımız bu xəstəliyə yoluxdu. Hazırda isə hər şey normaldı. Ağabala Ramazanovun da bir az narahatlığı var idi. O da bir neçə günə hazır olacaq.

ŞAİR ABDULLA

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

16-01-2023, 17:0

"Səbail" Serbiya klubuna məğlub oldu - YENİLƏNİB

Ölkə futbolu

3-01-2023, 10:0

Daha bir klubumuz ölkəni tərk etdi

Ölkə futbolu / Manşet

8-01-2023, 20:0

"Səbail" - "Legiya" matçında 4 qol

Premyer-liqa / Manşet

2-01-2023, 21:0

Şahin Diniyevin köməkçiləri bəlli oldu

Premyer-liqa / Manşet

12-01-2023, 14:0

Şahin Diniyevin “Səbail”də görmək istəmədiyi futbolçunun aqibəti necə olacaq? – RƏSMİ AÇIQLAMA

Premyer-liqa

26-12-2022, 12:0

"Səbail" üçün Antalyada 3 rəqib

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Bu gün, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Bu gün, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Bu gün, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Bu gün, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Bu gün, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Bu gün, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Bu gün, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Bu gün, 15:59
    La Liqada yeni təyinat
  • Bu gün, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Bu gün, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Bu gün, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 243
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 239
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 237
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə