"Səbail" bu gün təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirib.
Təmsilçimiz Türkiyədə baş tutan görüşdə Polşa "Legiya"sı ilə üz-üzə gəlib. Görüş 2:2 hesablı bərabərliklə nəticələnib. Paytaxt təmsilçisinin qollarına 4-cü dəqiqədə Qustavo de Fransa və 81-ci dəqiqədə Mirabdulla Abbasov imza atıb.
Qeyd edək ki, "dənizçilər" Antalyada daha 2 yoxlama matçı keçirəcək. Komanda yanvarın 12-də “Bohemians” (Çexiya), 16-da isə “Spartak”la (Serbiya) qarşılaşacaq.