Daha bir klubumuz ölkəni tərk etdi

3.01.2023 10:31 284
Ölkə futbolu
Daha bir klubumuz bu gün Türkiyəyə gedib.

"Football-plus.az" xəbər verir ki, “Zirə”nin ardından bu dəfə “Səbail” Antalyaya yollanıb. Bakı klubu yanvarın 17-dək Türkiyədə təlim-məşq toplanışında olacaq.

Yeni baş məşqçi Şahin Diniyevin rəhbərliyi altıda komanda 3 yoxlama oyunu keçirəcək. “Səbail” yanvarın 8-də “Legiya” (Polşa), 12-də “Bohemians” (Çexiya), 16-da isə “Spartak”la (Serbiya) qarşılaşacaq.