Şahruddinin qolunun sınması "Qarabağ"ı çətin vəziyyətdə qoyub.
Football-plus.az xəbər verir ki, Ağdam təmsilçisi Luka Quqeşaşvili və Amin Ramazanovun ümidinə qalıb. Lakin hər iki qolkiper yoxlama matçlarında Qurban Qurbanovun ümidlərini doğrultmadı. Bu səbəbdən də "köhlən atlar" yeni qapıçı axtarışındadı.
"Qarabağ"a bu mövqe üçün ilk futbolçu təklif olunub. Söhbət Aaron Eskandelldən gedir. 25 yaşlı qolkiper La Liqa 2-də çıxış edən "Kartaxena"da oynayır. İspaniyalı bu mövsüm 19 matçda meydana çıxıb. O, bu görüşlərdə 15 qol buraxıb. 7 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
Aaron futbolçu karyerasında ancaq İspaniyada çıxış edib. O, müxtəlil illərdə "Valensiya" və "Malaqa"nın U-19 komandasında, "Malaqeno"da, "Qranada"da oynayıb.
Futbolçunun "Kartaxena" ilə 2024-il ilin iyuluna kimi müqaviləsi var. Onun dəyəri 1 milyon avro olaraq göstərilib.
İLKİN SULTANLI