Braziliya Oskar karyerasını Azərbaycanda davam etdirə bilər.
Football-plus.az xəbər verir ki, yarımmüdafiəçi ilə 3 premyer-liqa klubu maraqlanır. Söhbət "Qarabağ", "Sabah" və "Neftçi"dən gedir. Daha doğrusu, Oskar menecerlər tərəfindən klublarımıza təklif olunub.
Oyunçu "Şanxay Port"da özünü xoşbəxt hiss etmir. 31 yaşlı futbolçu Avropaya geri dönmək niyyətindədi. Düzdü, onun "Şanxay Port"la 2024-cü ilə qədər müqaviləsi var. Bu səbəbdən də futbolçu klublarımıza icarə əsasında təklif olunub.
Qeyd edək ki, Oskar 2017-ci ildə 60 milyon avro qarşılığında "Çelsi"dən "Şanxay Port"a transfer olunub.