İngiltərə premyer-liqasının 14-cü turunda "Liverpul"un "Lids"ə 1:2 hesabı ilə uduzduğu hamıya bəllidi.
Football-plus.az xəbər verir ki, Van Diykin premyer-liqa çərçivəsində “Enfild”də məğlubiyyətsiz oyunlar seriyası 70-də dayandı.
2017/18 mövsümündən bəri “qırmızılar”ın şərəfini qoruyan niderlandlı müdafiəçi bu müddətdə evdə 59 qələbə qazanmış, 11 heç-heçə etmişdi. Premyer-liqada ötən ilin martından bəri ilk dəfə evdə uduzan “Liverpul”un məğlubiyyətsiz oyunlar seriyası da 29-da qırıldı. Komanda bu müddətdə keçirdiyi 29 oyunun 22-də qələbə qazanmış, 7-də heç-heçə ilə kifayətlənmişdi.