“Böyük beşlik”də mövsümün ən uzun qələbə seriyası

7.05.2022 14:47 550
Dünya futbolu
“Monako” Liqa 1-də uğurlu oyunlar seriyasını davam etdirir.

Filipp Klemanın çalışdırdığı komanda cümə günü Fransa çempionatında “Lill”i 2:1 hesabı ilə məğlub edib. Bununla da “knyazlar”ın qələbə seriyası 8 oyuna çatıb.

Qeyd edək ki, bu, cari mövsümdə Avropanın “böyük beşlik” adlandırılan aparıcı liqalarında ən uzun qələbə seriyasıdı.

“Monako” Liqa 1-də daha əvvəl daha uzun qələbə seriyasına nail olub. “Knyazlıq klubu” 2017-ci il fevralından avqust ayına qədər ardıcıl 16 rəqibini məğlub edib.