"90 faiz bərpa olunmuşam" - Paxtman

18.01.2023 13:36 250
Premyer-liqa
Paxtman "Zirə"nin heyətində fərdi məşqlərlə kifayətlənir.

Football-plus.az olaraq bunu nəzərə alıb, futbolçudan son durumunu öyrəndik:

"Özümü hazırda yaxşı hiss edirəm. Fərdi məşqlərə başlamışam. Demək olar, 90 faiz bərpa olunmuşam. Tezliklə kollektivə qoşulacam. Ümid edirəm ki, hər şey qaydasında olacaq. Mövsümün ikinci yarısına kimi daha yaxşı formada olmağa çalışacam".


ABDULLA İSMAYILOĞLU