"Qəbələ" çalışmalarını davam etdirir

15.01.2023 20:15 503
Premyer-liqa
“Qəbələ” 2022/23 mövsümünün ikinci yarısının hazırlığını davam etdirir.

“Qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının on ikinci gününü başa vurub. Komanda günü bir məşqlə yekunlaşdırıb. Hazırlıq prosesi günün ilk yarısında baş tutub. Futbolçular toplu çalışmaları yerinə yetiriblər.