"Qəbələ" üçün növbəti məşq günü

12.01.2023 10:00 230
Premyer-liqa
“Qəbələ” 2022/23 mövsümünün ikinci yarısının hazırlığını davam etdirir.

Football-plus.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının səkkizinci gününü başa vurub.

Elmar Baxşıyevin yetirmələri günü bir məşqlə yekunlaşdırıblar. Hazırlıq prosesi günün ilk yarısında güclü yağışın müşayiəti ilə baş tutub. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər.