"Qəbələ"yə 1 məşq kifayət etdi

10.01.2023 10:10 261
Premyer-liqa
“Qəbələ” 2022/23 mövsümünün ikinci yarısının hazırlığını davam etdirir.

Football-plus.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının altıncı gününü başa vurub.

Elmar Baxşıyevin yetirmələri günü bir məşqlə yekunlaşdırıblar. Hazırlıq prosesi günün ilk yarısında baş tutub. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər.