Millimiz məğlub oldu

15.01.2023 18:30 230
İdman
Bakıda həndbol üzrə kişi komandalar arasında Avro-2026-nın ilkin seçmə turniri keçirilir.

Football-plus.az xəbər verir ki, Azərbaycan millisi bu gün 3-cü turda Kipr millisi ilə qarşılaşıb. Görüş rəqibin 32:23 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər oyununda Böyük Britaniya Maltanı 44:14 hesabı ilə məğlub edib.

Millimiz qrup mərhələsini 2 xalla üçüncü pillədə başa vurub. Böyük Britaniya 5 xalla birinci yeri tutub. Sonuncular top fərqinə görə Kipri üstələyiblər.