"Qarabağ" kimi komanda ilə oynamağa dəyərdi"

14.01.2023 14:35 260
Premyer-liqa
"Qarabağ" ilk yoxlama matçını keçirib.

Football-plus.az xəbər verir ki, təmsilçimiz Polşanın "Rakuv" klubuna məğlub olub - 0:3. Oyundan sonra rəqib komandanın baş məşqçisi Marek Papsun görüş barədə fikirlərini açıqlayıb:

"Güclü rəqiblə oynadıq. "Lex" bu komanda ilə qarşılaşıb və məğlub olmuşdu. "Qarabağ" kimi komanda ilə oynamağa dəyərdi. Yaxşı matç oldu. Komandamın çıxışından razıyam".