Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən "Qarabağ" bu gün ilk yoxlama matçına çıxıb.
Football-plus.az xəbər verir ki, Ağdam təmsilçisi Polşanın "Rakuv" klubu ilə qarşılaşıb. Görüş komandamızın məğlubiyyəti ilə nəticələnib - 0:3.
Qeyd edək ki, "Qarabağ" növbəti matçlarını yanvarın 18-də Polşa klubu "Poqon" və Serbiya təmsilçisi "Çukariçki"yə qarşı keçirəcək.