Azərbaycanlı nümayəndə "Dinamo" - "Şturm" matçında

4.08.2022 13:36 418
Çempionlar Liqası
UEFA AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədovu Polşaya ezam edib.

Football-plus.az
xəbər verir ki, məlumatı federasiyanın rəsmi saytı yayıb.

Elçin Məmmədov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Polşanın Lodz şəhərindəki “Vladislav Krol” stadionunda keçirilmiş “Dinamo” (Kiyev, Ukrayna) – “Şturm” (Avstriya) oyununu izləyib.

Ona VAR sisteminin tətbiqi ilə bağlı təşkilatı işlərin koordinasiyası həvalə olunub. Kiyev "Dinamo"su həmin matçda Avstriya çempionuna 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindən VAR sisteminin tətbiqinə başlanılıb.