Stefan Saviç ilə Ferran Torresi ağır cəza gözlədiyi güman olunurdu.
Football-plus.az xəbər verir ki, lakin onlar heç də belə aqibətlə üzləşməyiblər.
“Atletiko”un müdafiəçisi Saviç və “Barselona”nın yarımmüdafiəçisi Torres La Liqanın 16-cı turunun bazar günü keçirilən və “Barselona”nın 1:0 hesablı qələbəsi ilə başa çatan oyununda dalaşmışdılar. Matçın əsas vaxtına əlavə edilən 2-ci dəqiqədə hər iki futbolçu arasında güclü qarşıdurma yaşanmışdı. Hakim buna görə rəqib futbolçulara qırmızı vərəqə göstərmişdi.
Yerli mənbələr xüsusi komissiyanın onların hərəkətlərini hücum kimi qiymətləndirəcəyi halda səbəbkarların 4 oyundan 12 oyuna qədər diskvalifikasiya oluna biləcəyini vurğulamışdı. Lakin Stefan ilə Ferrana yalnız 2 matçlıq cəza kəsilib.