Çempionlar Liqasında 1/8 finalın son iki cavab oyunundan sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Bu nominasiyada “Vilyarreal”ın qapıçısı Xeronimo Rulyi qalib gəlib. O, “Yuventus”la səfər oyununda komandasının 3:0 hesablı qələbəsində 5 seyv etməklə rol oynamışdı. Rulyi UEFA-nın rəsmi saytında keçirilən səsvermə digər nominantları - “Benfika”nın hücumçusu Darvin Nunyesi, “Atletiko”nun yarımmüdafiəçisi Kokeni və “Çelsi”in xavbeki Kristian Pulişiçi arxada qoyub.
ÇL-də həftənin rəmzi komandası da müəyyənləşib. UEFA-nın rəsmi saytının xəbərinə görə, rəmzi “11-lik”də “Vilyarreal” daha çox – 4 futbolçu ilə təmsil olunub.
Qapıçı: Xeronimo Rulyi (Vilyarreal).
Müdafiəçilər: Renan Lodi, Stefan Saviç (hər ikisi “Atletiko”), Alexandro Qrimaldo (“Benfika”), Pau Torres, Pervis Estupinyan (hər ikisi “Vilyarreal”).
Yarımmüdafiəçilər: Arno Qruneveld (Vilyarreal), Jorjinyo, Kristian Pulişiç (hər ikisi “Çelsi”).
Hücumçular: Antuan Qrizmann (Atletiko), Darvin Nunyes (Benfika).