Babək Quliyev həftəsonunu nişan verdi – AÇIQLAMA

12.07.2022 18:09 490
Ölkə futbolu / Manşet
Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlikin təyinatından sonra ədalət təmsilçiləri təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanmayıb.

Premyer-liqa təmsilçilərinin hamısı növbəti mövsümün hazırlığını davam etdirsə də, Stuxlikin istefasından sonra başsız qalan hakimlərin təlim-məşq toplanışı ilə bağlı məlumat yoxdu. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla daha öncə saytımıza açıqlamasında hakimlərin hazırlığa başladığını söyləmişdi. Lakin təlim-məşq toplanışı variantı qeyri-müəyyən olaraq qalırdı.

Məsələni dəqiqləşdirmək üçün Hakimlər Komitəsinin üzvü Babək Quliyevlə əlaqə saxlamağı lazım bildik. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Hələ ki bu haqda heç bir məlumat yoxdu. İnşallah, bu həftə dəqiqləşəcək. Həftəsonu bütün məlumatları diqqətinizə çatdıra bilərəm”.


ŞAİR ABDULLA