"Qarabağ" qış hazırlıqlarını davam etdirir.
Football-plus.az xəbər verir ki, Ağdam təmsilçisinə menecerlər tərəfindən tez-tez yeni futbolçular təklif olunur.
Bunlardan biri nigeriyalı Tolu Arokodaredi. "Amen"in üzvü Fransa Liqa 2-də bu mövsüm 17 matçda 5 qol vurub, 2 məhsuldar ötürmə edib.
197 sm boyu olan 22 yaşlı forvardın komandası ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatacaq.
İLKİN SULTANLI
Nigeriyalı nəhəng hücumçu "Qarabağ"a təklif olundu
Premyer-liqa / Manşet





