Nigeriyalı futbolçu "Neftçi"yə baxışa dəvət olundu

25.11.2022 10:05 597
Ölkə futbolu
Nigeriyalı futbolçu Peter Oluka “Neftçi"yə baxışa dəvət olunub.

"Football-plus.az" xəbər verir ki, bu barədə Nigeriyanın “sports247.ng" saytı məlumat yayıb.

Olukanın 22 yaşı var və dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir. O, hazırda Nugeriyanın “36 Lion" klununun üzvüdür.

“Ağ-qaralar"ın Olukanı "Caqaban kuboku"nda bəyəndiyi bildirilib. O, həmin vaxt turnirin ən yaxşı oyunçusu adına layiq görülüb.
Futbolçunun artıq Azərbaycana yola düşdüyü də bildirilir.