"Neftçi" daha bir israilli futbolçunu heyətinə qatmaq istəyir.
"Football-plus.az" xəbər verir ki, söhbət Belçikanın "Anderlext" klubundan ayrılan Kenni Sayefdən gedir. Məlumatı İsrail mətbuatı yayıb.
29 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"la müqavilə imzalamaq üçün Bakıya gələcək. ABŞ və İsrail vətəndaşlığı olan təcrübəli oyunçu son olaraq icarə əsasında İsrail "Aşdod"unda oynayıb.
Qeyd edək ki, Kenni Sayef daha əvvəl Belçikada "Gent" və "Anderlext"in, həmçinin, ABŞ-da "Tsintsinnati" və Polşada "Lexiya" klublarının formasını geyinib. O, İsrail və ABŞ yığmalarının da şərəfini qoruyub.
"Neftçi" ötən gün "Aşdod"un yarımmüdafiəçisi Ataa Caberlə 2 illik müqavilə imzalayıb.