"Qarabağ"ın sabiq hücumçusu Türkiyə klubuna keçəcək

3.01.2023 16:47 289
Dünya futbolu
"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu karyerasını yenidən Türkiyədə davam etdirəcək.

"Football-plus.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu ölkənin 1-ci liqası təmsilçisi "Boluspor"la razılığa gəlib. O, bu gün Türkiyədə tibbi müayinədən keçəcək.

Qeyd edək ki, son klubu Çin "Çanqçun"unu olan D.Ndlovu 2016-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, 2021/2022 mövsümündə Türkiyənin "Kocaelispor" klubunda oynayıb.