Sabiq "Qarabağ"lı karyerasını başa vurdu

3.01.2023 15:37 272
Dünya futbolu
"Qarabağ"ın sabiq futbolçusu Sergey Kravçenko karyerasını başa vurub.

"Football-plus.az" xəbər verir ki, bu barədə 39 yaşlı yarımmüdafiəçinin son klubu Odessa "Çernomorets"inin saytı məlumat yayıb.

Qeyd edək ki, Sergey Kravçenko 2005/2006 mövsümündə "Qarabağ"da çıxış edib. O, "Şaxtyor", "Vorskla" və "Dnepr"də də oynayıb. Sergey Ukrayna millisində 10 oyun keçirib.