Polşa klubu "Qarabağ"ın futbolçusunu istəyir

14.12.2022 13:15 1 052
Premyer-liqa / Manşet
Musa Qurbanlı karyerasını ölkə xaricində davam etdirə bilər.

Football-plus.az xəbər verir ki, Polşanın “Poqon” (Şetsin) klubu “Qarabağ”ın hücumçusu ilə maraqlanır.

Bu barədə “SportoweFakty” saytı məlumat yayıb.

İnformasiyada Polşa klubunun qış transfer pəncərəsində hücumçunu sıralarına qatmaq istədiyi qeyd olunub.

Qeyd edək ki, 20 yaşlı oyunçu bu mövsüm premyer-liqada 13 oyunda 11 qol vurmaqla bombardirlik yarışında ikinci sırada yer alıb.