"Turan Tovuz" üçün 3 rəqib

2.01.2023 19:00 278
Premyer-liqa
Mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə yanvarın 3-də Bakıda bir araya gələcək "Turan Tovuz" yanvarın 7-də Antalyaya yola düşəcək.

Football-plus.az xəbər verir ko, artıq komandanın hazırlıq çərçivəsində keçirəcəyi yoldaşlıq oyunlarının tarixləri bəlli olub.

Belə ki, ilk olaraq 9 yanvar tarixində “Turan Tovuz” “Petrolul”la qarşılaşacaq. 13 yanvar tarixində isə baş məşqçimiz Ayxan Abbasov İsveçrə “Aarau”su ilə oyunda komandanı sınaqdan keçirəcək. Antayla təlim-məşq toplanışında son matç isə yanvarın 17-də Polşa “Qurnik“inə (Zabrje) qarşı olacaq.

Komandanın yanvarın 18-də hazırlığı başa vuraraq vətənə dönəcək.