• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Zirvədə qalmağın necə çətin olduğunu bilirəm, ancaq biz ora qayıtmaq istəyirik”

İdman

1-01-2023, 18:0

Lüis Hemiltonun “Mersedes”lə müqaviləsinin müddəti 2023-cü ilin sonunda bitəcək.

Yeddiqat dünya çempionu son müsahibəsində komanda ilə müqavilə müddətini artırmaq niyyətini çatdırıb, eləcə də karyerasını bitirənə qədər daha bir titul qazanmaq arzusunda olduğunu bildirib.

- Lüis, karyeranızda ilk dəfə mövsümü qələbəsiz bitirdiz. Bu məqam növbəti mövsüm ərəfəsində sizə əlavə motivasiya verəcəkmi?
- Belə nəticənin məni motivasiyasız qoymadığını dəqiq deyə bilərəm. Əminəm ki, əvvəllər də qələbəsiz mövsümüm olub. Məncə, 2001-də kartinqdə də qələbə qazanmamışdım.

- Onun üzərindən görün neçə il keçib!
- Aydın məsələdi ki, son mövsümdə titul uğrunda mübarizə aparmaq istəyirdik, ancaq ilin əvvəlində sərt reallıqla üzləşdik. Bəzi nəticələr bizə qələbə kimi göründü, ancaq belə deyildi.

- Nəyi nəzərdə tutursuz?
- Ötən il o qədər qələbəmiz olmuşdu ki, artıq adi hal kimi görünürdü. Bu isə çox qəribədi. Axı qələbə möhtəşəmdi! Bu il isə aza qane olduq. Hansısa mərhələlərdə 5-ci yer uğrunda mübarizə aparmağımıza sevinirdik, dördüncü olanda isə az qala sevincdən bayılırdıq. 4-cü və ya 5-ci yerlə kifayətlənmək yaxşı təcrübədi. Bizə yenidən mübarizə əzmini qaytarmaq lazım idi. Bu mənada hədəfimizə çatdıq.

- Başqa sözlə desək, uğursuzluqlar uğurları yüksək dəyərləndirməyə yardım edir?
- Bəli, mən indi uğurlarımı daha yüksək dəyərləndirirəm. Corc Rassellin qalib olduğu, mənim isə finişə ikinci çatdığım Braziliya mərhələsindən sonra komandamızın işindən qeyri-adi dərəcədə razı idim. Mövsümün gedişində maşını daha yaxşı anlamağa başladıq, bütün komanda üzvləri sözləşibmiş kimi yaxşı çalışdı. Bu il məni heç də tam məyus etmədi.

- Gələn il nəticələrin daha yaxşı olacağına ümid edirsiz?
- Zirvədə qalmağın necə çətin olduğunu bilirəm, ancaq biz ora qayıtmaq istəyirik. Mövsümün sonluğu bizi ümidləndirdi. Son bir neçə yarış müsbət dinamikanı göstərdi və subut etdi ki, lazımi inadkarlıqla hər şeyə nail ola bilərik.

- 8-ci titul haqda düşünürsüzmü?
- İndi yox. İndi bizdə Milad tətilidi, bacımın uşaqları ilə bayramı yaşayırıq.

- Yaxınlarda demişdiz ki, “Mersedes”lə müqavilənin müddətini artırmaq istəyirəm. Artıq komanda ilə danışıq aparıbsızmı?
- Hələ danışıqlara başlamamışıq. Ona görə ki, son iki ayımız yollarda keçib, danışmaq üçün, sadəcə, vaxt olmayıb.

- Uzunmüddətli müqaviləyə bel bağlayırsız?
- Bəzən səhər yuxudan ayılır və anlayırsan ki, daha əvvəlki işlə məşğul olmaq istəmirəm. Bəzən isə oyanır və düşünürsən ki, həyatım boyunca eyni işlə məşğul olmaq və daha artığına nail olmaq istəyirəm. Düşünmürəm ki, yeni müqaviləm uzunmüddətli olacaq, ancaq qalacağımı deyə bilərəm.

- Bir çox pilot “Formula-1”dən karyerasının zirvəsi çoxdan arxada qalandan sonra uzaqlaşıb. Elə Sebastyan Fetteldə də belə oldu. Siz çempion kimi getmək istəyirsiz?
- Düşünürəm ki, titul qazanandan dərhal sonra karyeranı bitirmək istənilən idmançının, eləcə də mənim arzumdu.

- Fettel üçün elə an yetişdi ki, avtoidman həyatının mənası olmaqdan uzaqlaşdı. Sizdə də vəziyyət belədi?
- Mənim üçün də avtoidman hər şeydən vacib deyil. Uşaq olanda və “Formula-1” dünyasına qədəm qoyanda belə idi, ancaq indi vəziyyət fərqlidi. 30 yaşa çatandan sonra anladım ki, dostlar, ailə, mənə əziz adamlar ilə keçirdiyim vaxtların xatirələri əzizdi. Buna köklənmişəm və belə anlar yaşamağı planlaşdırıram. Bizə qalan xatirələr olur.

Paylaş:
Digər xəbərlər

İdman

10-07-2022, 13:0

“Düşünmürəm ki, indi qələbə uğrunda mübarizə aparmağa qadirik”

İdman

23-11-2022, 15:0

Ferstappen mövsümü 15 qələbə ilə bitirdi

---

25-06-2022, 15:0

Hemilton antirekordun astanasındadı

Aktual
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
“Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
Son xəbərlər
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 23:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Dünən, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Dünən, 17:06
    Fransaya qayıtmayacaq
  • Dünən, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Dünən, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Dünən, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Dünən, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Dünən, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Dünən, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Dünən, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə