Daenin ailəsinə də qadağa qoyuldu

29.12.2022 18:36 286
Dünya futbolu
İran millisinin sabiq hücumçusu Əli Daeinin ailəsinə ölkə xaricinə çıxmq qadağası qoyulub.

Football-plus.az xəbər verir ki, buna səbəb Azərbaycan əsilli veteran futbolçunun 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan kütləvi etirazları dəstəkləməsidi.

İran hökuməti Daenin qızı və həyat yoldaşının ölkə xaricinə çıxışına mane olmaq üçün onların olduğu, Dubaya uçan təyyarəni yola düşəndən 1 saat sonra dayandırıb. Tehrandan qalxan təyyarə Kiş adasında yerə endirilib. Kütləvi etirazları dəstəklədiyinə görə restoranı və zərgərlik mağazası bağlanan Daei hazırda qızı və həyat yoldaşının Tehrana qayıda bilməsi üçün çalışır. O, məlum hadisə ilə bağlı belə deyib:

“Onlara ölkəni tərk etmək qadağası tətbiq edilsəydi, bu haqda pasport nəzarəti zamanı məlumat verilərdi. Mənim bu barədə sualıma heç kim cavab verməyib”.


Qeyd edək ki, Daei 1993-2006-cı illərdə İran yığmasında 109 qol vurub və bu planda 2021-ci ilə qədər dünya rekordçusu olub. Ötən il bu rekordu Kriştiano Ronaldo yeniləyib. İndi Portuqaliya yığmasının hücumçusunun hesabında 118 qol var.