Dünən “Mouze” “teleqram” kanalının yaydığı xəbər hər kəsi, xüsusən də azərbaycanlıları şoka saldı.
Belə ki, İran millisinin Azərbaycan əsilli sabiq futbolçusu, oyun sayına görə rekordçusu Əli Daei haqqında ölüm hökmü çıxarılıb. Veteran hücumçu ölkədə Məhsa Əmininin öldürülməsinə qarşı etiraz aksiyalarında iştirakda günahlandırılır.
Qeyd edək ki, molla rejimi etiraz aksiyalarına görə daha 15 nəfərlə bağlı edam hökmü çıxarıb. Ancaq İranın əfsanəvi futbolçu ilə bağlı edam hökmünü yerinə yetirəcəyi qətiyyən inandırıcı görünmür. Deyəsən, mollalar İranın birdəfəlik viran olmasını istəyirlər.