Deyvis İspaniya nəhənginin hədəfində

28.12.2022 16:55 301
Dünya futbolu
Alfonso Deyvis karyerasını İspaniyada davam etdirə bilər.

Football-plus.az xəbər verir ki, "Real" 22 yaşlı vingeri transfer etmək istəyir.

Madrid klubunun rəsmiləri "Bavariya" ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Deyvis Münhen təmsilçisinin heyətində 24 matçda 4 qol vurub, 4 məhsuldar ötürmə edib.