“Azərbaycan premyer-liqasında çıxış edən futbolçu üçün 5 milyon verərlər?” - Tanınmış menecer

27.12.2022 14:56 466
Premyer-liqa / Manşet
Gizlədiləsi nəsə yoxdu. Kadi “Qarabağ”dan getmək istəyir. Deyilənə görə, Rusiya təmsilçisi 5 milyon avro ödəyəcək.

Football-plus.az xəbər verir ki, bu rəqəm reallığa nə dərəcədə yaxındı? Məsələ ilə bağlı menecer Tural Əsgərovla əlaqə saxladıq. O, transfer xəbəri haqda bunları söylədi:

“Mediada yazılanlar mən də oxumuşam. Baş məşqçi rəsmi açıqlama verib. Amma detallarla bağlı nəsə deyə bilmərəm. 5 milyon haqda konkret məlumatım yoxdu. Ümumiyyətlə, Kadi ilə maraqlanan çoxdu. Amma Azərbaycan premyer-liqasında çıxış edən futbolçu üçün 5 milyon verərlər? Bu haqda nəsə deyə bilmərəm. Konkret razılıq olsa, mən bilərdim”.


İLKİN SULTANLI