Mən niyə belə futbolçunu “Qarabağ”a gətirim? - AÇIQLAMA

7.09.2022 16:40 400
Ölkə futbolu / Manşet
“Sol cinahda Zubir var. Leandro da onu əvəz edir. “Qarabağ” hücumçu və sağ cinaha futbolçu axtarırdı. Düz deyirsiz ki, orda Kadi oynayır. Bəzən Ovusu da burda çıxış edə bilər. Amma Kadinin əsas mövqeyi mərkəz yarımmüdafiəçisidi”.

Bu sözləri “Futbol+” qəzetinə müsahibəsində tanınmış menecer Tural Əsgərov deyib. Agent “Qarabağ”ın “transfer pəncərəsi”nin son günlərində hansı mövqeyə oyunçu axtardığını açıqlayıb:

“Sağ cinaha Kadidən daha çox fayda verəcək futbolçu tapılsaydı, transfer olunacaqdı. Mən hansısa futbolçunu götürüm, onu qoyaq sağ cinahda, amma fayda verməsin. Sabah deyəcəksiz ki, bu adam heç burda oynaya bilmir, Kadi ondan güclüdü. Mən niyə belə futbolçunu “Qarabağ”a gətirim?".


İLKİN SULTANLI