Sabir Buqrin karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.
Football-plus.az xəbər verir ki, 26 yaşlı futbolçu ilə "Qarabağ" yaxından maraqlanır. Ağdam təmsilçisi Kadi Borgesi "Krasnodar"a satdıqdan sonra boşalan yeri mərakeşli futbolçu ilə doldurmaq niyyətindədi. Qurban Qurbanov premyer-liqada çıxış etmiş yarımmüdafiəçinin komandaya fayda verəcəyini düşünür.
Qeyd edək ki, Buqrin hazırda Tunisin "Esperans" klubunda çıxış edir. O, bu mövsüm 4 görüşdə 1 qol vurub, 1 məhsuldar ötürmə edib. 26 yaşlı yarımmüdafiəçinin 2025-ci ilin yayına kimi müqaviləsi var.