Bildiyiniz kimi, Andre Onananın dünya çempionatının Serbiya ilə matçından (3:3) əvvəl Kamerun yığmasından kənarlaşdırılmışdı.
Football-plus.az xəbər verir ki, o, baş məşqçi Riqober Sonqun qərarı ilə cəzalanmışdı.
“İnter”in qapıçısının çalışdırıcı ilə taktiki mövzuda mübahisə etdiyi məlum olmuşdu. Mundial zamanı Qətərdən Kamerunun paytaxtı Yaundeyə qayıdan Andre “tvitter”dəki şəxsi hesabında paylaşım edərək özünə haqq qazandırmağa çalışmışdı. Andre artıq beynəlxalq karyerasını başa vurub. O, bununla bağlı öz “tvitter” səhifəsində paylaşım edib.
“İnter”in qapıçısının 26 yaşında belə qərar verməsinə məhz DÇ-2022-də baş məşqçi Sonqla arasında yaşanan münaqişə səbəb olub. Qeyd edək ki, Onana Kamerun millisində 2016-cı ildən çıxış edirdi. O, bu komandada 34 oyun keçirib.