Andre Onana çoxdankı istəyinə çatıb.
“Ayaks”ın qapıçısının “İnter”ə gözlənilən praktiki olaraq transferi reallaşıb. Jurnalist Fabritsio Romanonun məlumatına görə, 26 yaşlı qolkiper yeni klubuna azad agent kimi keçib. Transfer yaxın vaxtlarda rəsmən açıqlanacaq.
Kamerun millisinin üzvü ötən mövsüm “Ayaks”ın heyətində 9 oyun keçirib və 12 qol buraxıb. O, Niderland klubunda 2016-cı ildən çıxış edir.