Onana üçün mundial sona çatdı

29.11.2022 12:35 273
DÇ 2026
Serbiya ilə matçda (3:3) Kamerun yığmasının qapısını Andre Onananın qorumamasının ümumi səbəbinə aydınlıq gəlib.

Football-plus.az xəbər verir ki, o, komandadan kənarlaşdırılıb.

Baş məşaçi Riqober Sonq konkret səbəb göstərməsə də, qapıçının intizamsızlığa yol verdiyini bildirib:

“Onana komandamız üçün çox vacib oyunçudu. Amma mən kollektivin maraqlarını şəxsi problemlərdən üstün tutmalıyam. Hər bir futbolçu komandasına hörmət etməlidi. Bu qərarımla risk etdiyimi bilirəm, amma mən bu oğlanların atasıyam və məsuliyyəti üzərimə götürməyə borcluyam. Qərarıma görə kimdənsə üzr istəmək fikrində deyiləm”.