Ceymi Benn üçün əlamatdar oyun

24.12.2022 02:58 196
İdman
“Edmonton”la srağagünkü oyun “Dallas”ın hücumçusu və kapitanı Ceymi Benn üçün əlamətdar oldu.

Football-plus.az xəbər verir ki, “ulduzlar” uduzdu və nəticə baxımından sevinməyə dəyməz. Amma qol ötürməsi verən Benn “Dallas”ın heyətindəki məhsuldar hərəkətlərinin sayını 800-ə çatdırdı.

33 yaşlı kanadalı klub tarixinə 800 həddinə çatan 3-cü hokkeyçi kimi düşdü. “Dallas” tarixinin bombardiri 1359 (557+802) xal toplayan Mayk Modanodu. Bu göstəricidə 2-ci yerdə isə 867 (274+593) xalla Nil Broten qərarlaşıb.