“Yaşlı pələngi 70 min, kiçiyi isə 50 min dollara ala bilərdim. Belədə kiçik pələngi götürdüm. Ona butılka ilə yemək verdim, nəticədə çəkisi 180 kiloqrama gəlib çatdı. Sonra yavaş-yavaş öz-özünə düşünürsən ki, mən bu heyvandan necə qurtulum? O mənə münasibətdə heç vaxt aqressiv olmadı”.
Maraqlıdı ki, Tayson bir müddət əvvəl GQ-yə verdiyi müsahibədə 16 il pələng saxladığını iddia etmişdi. Ancaq heyvanın gözü və başı ağrıdığına, eləcə də kiminsə əlini qopardığına görə ondan qurtulmalı olub.



