“Onu necə həbs etdiklərini görəndə özümü itirdim. Con bütün potensialını “dəfn etdi”. Əsas düşməni özüdü. Mən də həyatım boyunca çoxlu axmaq iş görmüşəm, səhvlərə yol vermişəm. Ancaq səhvlərdən dərs çıxarmışam və onları təkrarlamıram”.
Fevralın 23-də internetə Consun ötən il sentyabrın 24-də həbsə alınmasının videosu sızıb. Tutulma anını polis zabitinin kamerası qeydə alıb. Həmin anda Con polis əməkdaşlarını təhqir edib və başını patrul maşınına çırpıb. Ailədaxili zorakılığa görə həbs olunan boksçu elə həmin gün girov müqabilində azadlığıa buraxılıb.
Sonuncu dəfə 2020-ci il fevralın 8-də keçirilən UFC 247 turnirində Dominik Reyesi hakimlərin yekdil qərarı ilə məğlub edən Cons dəfələrlə ağır çəki dərəcəsinə keçmək istədiyini iddia edib.
