Tayson məhbəs günlərindən danışdı

3.07.2022 14:58 405
İdman
"Həyatımın ən yaxşı üç ilini həbsxanada keçirmişəm" - bunu ABŞ-ın əfsanəvi boksçusu Mayk Tayson "Pivot Podcast"a açıqlamasında deyib.

Superağır çəkidə sabiq mütləq dünya çempionu həbsxanada dinclik tapdığını bildirib:

"Həyatınızda sakitlik, sabitlik və balans yoxdusa, pul heç bir əhəmiyyət daşımır. Yaxşı qidalanırdım, hamı mehriban idi və mənimlə yaxşı davranırdı".


O, həbsdə olduğu müddətdə də məşq etdiyini söyləyib:

"Həyətdə 12-14 km qaçır, axşamlar kameramda dörd saat tullanırdım. Hamı məndən qorxurdu. Amma mən orda həmişə yaxşı insan olmuşam".


Xatırladaq ki, Tayson 1992-ci ildə ABŞ gözəllik kraliçası Dezire Vaşinqtona təcavüz etdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum olunub və cəzasının üç ilini həbsxanada çəkib.