"Neftçi"nin futbolçusu Rusiya klubunun hədəfində

23.12.2022 10:54 1 688
Premyer-liqa / Manşet
Qış fasiləsində "Neftçi"ni daha bir futbolçu tərk edə bilər.

Football-plus.az xəbər verir ki, söhbət Azər Salahlıdan gedir. Müdafiəçi ilə Rusiyanın "Rubin" klubu yaxından maraqlanır. Kazan təmsilçisi 28 yaşlı futbolçu üçün yaxın günlərdə "Neftçi" rəhbərliyi ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, millimizin üzvünün flaqmanla 2024-cü ilin iyununa kimi müqaviləsi var. "Rubin" hazırda Rusiya 1-ci liqasında çıxış edir və komanda 3-cü pillədə qərarlaşıb.

İLKİN SULTANLI